“Beş qol vurduq, amma…” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Atalanta”ya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızılar”ın əla oynadığını bildirib:

“Bizə problem yarada biləcək çətin rəqibə qarşı yaxşı oynamalı idik. Futbolçular bu gün fantastik oynadılar. Bu, bizə lazım olan performans idi. Beş qol vurduq, amma daha 2-3 qol vura bilərdik. Hər şey yüksək səviyyədə idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button