ÇL: “Qalatasaray” bu gün “Liverpul”la qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanacaq daha 4 komanda məlum olacaq.

Komanda.az xəbər verir ki, “Barselona” evdə “Nyukasl”la üz-üzə gələcək. “Qalatasaray” isə səfərdə “Liverpul”un qonağı olacaq.

“Bayern” doğma meydanda “Atalanta”, “Totenhem” “Atletiko ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

21:45. “Barselona” (İspaniya) – “Nyukasl” (İngiltərə)

İlk oyun – 1:1

00:00. “Liverpul” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)

İlk oyun – 0:1

00:00. “Bayern” (Almaniya) – “Atalanta” (İtaliya)

İlk oyun – 6:1

00:00. “Tottenhem” (İngiltərə) – “Atletiko” (İspaniya)

İlk oyun – 2:5

Ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), “Real” (İspaniya), “Arsenal” (İngiltərə) və “Sportinq” (Portuqaliya) 1/4 finala vəsiqəni təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button