
Sabiq futbolçu “Mançester Siti”nin çempion olacağına inanır
“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager Premyer Liqada “Mançester Siti”nin perspektivləri barədə fikirlərini bölüşüb.
“Şəhərlilər” hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar və “Arsenal”dan 4 xal geri qalırlar.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Karrager “Mançester Siti”nin ehtiyat oyunçular skamyasının “Arsenal” qədər güclü olmadığını desə də, Pep Qvardiolanın mövcud əsas heyətlə çempionluğa iddialı ola biləcəyini vurğulayıb. Xüsusən də, Erlinq Halandın belə yüksək formada olduğu dövrdə.
“Mançester Siti” yanvarın 4-də, Premyer Liqanın 20-ci turunda “Çelsi”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



