“Barselona” onun qiymətini açıqladı: 400 milyon avro!

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu, yayda klubu tərk edəcəyi iddia edilən Filippe Koutinyonun transfer dəyərini açıqlayıb.

Komanda.az xəbər verir ki, Bartomeu, İspaniya mətbuatına açıqlamasında, Koutinyonu istəyən klubun 400 milyon avro ödəməli olduğunu deyib:

“Koutinyonun müqaviləsi davam edir. O, ancaq müqaviləsində olan 400 milyonluq sərbəstqalma məbləğinin ödəniləcəyi təqdirdə, klubdan ayrıla bilər”.

2018-ci ilin yanvarında “Liverpul”dan “Barselona”ya transfer edilən Koutinyonun Kataloniya təmsilçisiylə 2023-cü ilə qədər müqaviləsi var.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm 47 qarşılaşmada iştirak edib və 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button