40 aydan sonra

Azərbaycan Premyer Liqasında 16-cı turun baş tutan bütün oyunlarında meydan sahibləri qələbə qazanıb.

Komanda.az xəbər verir ki, “Qəbələ” “Səbail”i, “Zirə” “Sabah”ı eyni – 2:0, “Neftçi” isə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.

Bu, baş tutan bütün matçlarda meydan sahiblərinin qalib gəldiyi ilk turdur. Ölkə çempionatında sonuncu belə hadisə 2018-ci ilin oktyabrında yaşanıb. 2018/19 mövsümünün 7-ci turunda qonaqlar xal qazanmayıb. 3 il 4 ay, yəni 40 ay öncə də indiki kimi bir matç təxirə salınıb, digər üç qarşılaşmada meydan sahibləri qələbə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button