“4-5 futbolçu transfer etmək istəyirik” – Rəşad Sadıqov

“Rəqibi təbrik edirəm, layiqli qələbə qazandılar. Heyətimiz geniş deyil, itkilərimiz var idi. Matça pis başlamasaq da, buraxdığımız 2 ucuz qol rəqibə daha rahat oynamağa şərait yaratdı. Fərqi azaltdıqdan sorna ümidləndik, amma ikinci hissənin əvvəlində daha bir top buraxdıq. Belədə oyunu çevirmək çox çətindir”.

Komanda.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Dalğa Arena”da “Sabah”a 1:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının 2-ci tur matçından sonra deyib.

Sadıqov transfer çalışmaları barədə də danışıb:

“Bir neçə mövqeyə futbolçu axtarırıq. Heyəti genişləndirməliyik. Az oyunçu olması futbolçularda rahatlıq yarada bilər. 4-5 futbolçu transfer etmək istəyirik. Biri ilə razılaşmışıq, iki günə Bakıda olmalıdır. Baxacağıq, olmasa, qışda oyunçular gətirəcəyik. Yeni oyunçu mərkəz yarımmüdafiəçisi mövqeyində olacaq”.

Mehri Qurban