Dünya çempionatı: Azərbaycanın daha 3 cüdoçusu uduzdu

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günü Azərbaycan təmsilçiləri üçün uğurlu olmayıb.

Komanda.az xəbər verir ki, 66 kq çəkidə Nicat Şıxəlizadə üç rəqibini məğlub etsə də, 1/8 finalda misirli Məhəmməd Abdelmaugouda uduzub.

Bu gün yarışan Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal şansını əldən veriblər. İlk yarış günündə mübarizə aparan Azərbaycanın üç təmsilçisi – Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Əliyeva Leyla da (hər ikisi 48 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button