“Liverpul”un çempionluq şansı – 99,5 faiz!

İngiltərə Premyer Liqasının növbəti turundan sonra “Opta” şirkətinin mütəxəssisləri superkompüteri çalışdırıb və komandaların liqa cədvəlində bu və ya digər mövqedə yer alma şanslarını qiymətləndiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüter “Liverpul”un titul qazanma şansını yüksək qiymətləndirib.

“Liverpul”un İngiltərə çempionu olmaq şansı 99,5, ikinci pillədə qərarlaşan “Arsenal”ın isə 0,5 faizdir.

Mersisaydlılar Premyer Liqa cədvəlində ikinci yerdə olan “Arsenal”ı 15 xal qabaqlayır. “Liverpul”un 9, londonluların isə 10 oyunu qalıb.

Superkompüterin “Mançester Siti”nin cari mövsümdə Premyer Liqanı bitirəcəyi yerlə bağlı hesablaması isə belədir:

İkinci yer – 3,8, üçüncü yer – 39,2, dördüncü yer – 26,1, beşinci yer – 14,8, altıncı yer – 8, yeddinci yer – 4,8 faiz.

“Şəhərliliər”in aşağı pillələri tutma ehtimalı daha çox aşağıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button