“Mançester Siti”nin futbolçusu “Əl-Nəsr”ə keçə bilər

“Əl-Nəsr” heyətini “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiçlə gücləndirə bilər.

Komanda.az “The Sun Football”-a istinadən xəbər verir ki, “şəhərlilər”in keçmiş müdafiəçisi Emerik Laportun çıxış etdiyi “Əl-Nəsr” yay transfer pəncərəsində Kovaçiçi almaq imkanını nəzərdən keçirir.

Xorvatiyalı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Çoxsaylı söz-söhbətlərə görə, MS bu yay heyətini əhəmiyyətli dərəcədə gəncləşdirə bilər, buna görə də məqbul təkliflər aldıqda yaşlı oyunçuları saxlamayacaqlar.

30 yaşlı Kovaçiçin dəyəri 28 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button