Sarri istəmir, Almaniyaya qayıda bilər

“Yuventus”un hücumçusu Mario Mancukiçin Turin təmsilçisindən ayrılmağa hazırlaşdığını xəbər vermişdik.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora”nın yeni baş məşqçisi Mauritsio Sarrinin planlarında yer almayan 33 yaşlı futbolçu “Borussiya” (Dortmund) və “Atletiko”nun transfer hədəfindədir. 2012-2014-cü illərdə “Bavariya”nın şərəfini qoruyan futbolçunun “Borussiya”nın təklifinə müsbət yanaşdığı və yenidən Bundesliqada oynamaq istədiyi bildirilir.

Bundan başqa, xorvat futbolçunun Çin və MLS klublarından təklif aldığı, amma karyerasını Avropada davam etdirmək niyyətində olduğu deyilir.

“Yuventus”la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, son mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button