“30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”

“Araz”ın baş məşqçisi Joze Alesio Da Silva futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilmiş Ukraynanın “Xerson” klubu ilə oyunu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 3:8 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Bu heyət, bu gün meydana çıxan uşaqlar qəhrəmandılar. Dörd gün ərzində 3 ağır oyun keçirmək, hesabdan asılı olmayaraq, sona qədər vuruşmaq, mübarizə aparmaq çox çətindi. Bunu rəqib məşqçilər də deyir. Hətta bu gün əsas yük 5 oyunçunun üzərinə düşdü. Nihad İsmayılovun zədəsi var və onu meydanda az saxladım. Fiziki cəhətdən çox çətindi. Real danışsaq, hazırkı vəziyyətdən daha yaxşısını etmək heç kimə asan görünməsin. İnanın, 30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”.