“3 qolu rəqib vurmadı, biz hədiyyə etdik” – Joze Alesio

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində Polşa yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:3 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Hazırlaşmaq üçün vaxtımız az oldu. Ancaq dünən tam heyətlə məşq etdik. Məşqdə planlaşdırdığımızı həyata keçirə bildik. Səhvlərimiz oldu. İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik. İstənilən halda, komandamı təbrik edirəm. Sona qədər intizama əməl etdilər. Polşa millisi güclü komandadır. 6-7 ildir bu heyət bir yerdə çıxış edir, fiziki və taktiki planda hazırlıqlı komandadır.

Qarşıda Yunanıstanla səfər oyunumuz var. Bu matçda da 3 xal qazanmaq istəyirik. Bu iki görüşü maksimum nəticə ilə başa vursaq, gələn il dogma meydanda Yunanıstanı təkrar qəbul edəcəyik. Həmin dueldən də 3 xal qazanıb, aktivimizdəki xalların sayını 9-a çatdırmaq haqda düşünürük. Ümumiyyətlə, mərhələni qrup lideri kimi başa vurmaq istəyirik.

Rəqib sona 5 dəqiqə qalmış 5 foul limitini doldursa da, biz 10 metrlik cərimə zərbəsi vurmaq üçün əlavə foul qazana bilmədik. Belə məqamlarda Felipinyo daha uyğun oyuncudur. Çünki o, driblinqlər etməyi xoşlayır və belədə rəqib ona qarşı kobud oynayır. Təəsüf ki, bu gün o cəzalı olduğuna görə meydan çıxmadı. Fineo isə bu baxımdan işini görə bilmədi, imkan vermədilər”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button