“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunda 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

“Sumqayıt” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutan oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.

“Neftçi” və “Sabah”ın ikinci komandaları arasında keçirilən görüşdə isə ötən tur çempionluğu təmin etmiş “ağ-qaralar” məğlub olublar.

“Qaradağ Lökbatan” MOİK-lə oyunda inamlı qələbəyə sevinibsə, “Turan Tovuz” da evdə “Zaqatala”ya uduzub.

“Kəpəz” isə bu turda “Keşlə”nin əvəzedicilərinə məğlub olub.

Birinci divizion, 26-cı tur

11 may

Keşlə-2 – Kəpəz 2:1
Qol
: Samir Abdullayev, 2; 15 – Emil Qasımov, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”, 16:00

Sumqayıt-2 – Qarabağ-2 1:0
Qol
: Tahir Zeynalov, 71.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Taleh Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00

Qaradağ Lökbatan – MOİK 3:1
Qol
: Samir Ağayev, 11. Cavid Nəcizadə, 13. Sabir Allahquliyev, 71 – Elvin Nəsibov, 74.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Turan Tovuz – Zaqatala 1:2
Qol
: Vidadi Cəfərov, 20 – Nicat Oruclu, 8. Roini İsmayılov, 24.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 16:00

Neftçi-2 – Sabah-2 2:3
Qol
: Ramin Nəsirli, 52. Famil Camalov, 59 – Samir Məhərrəmli, 45+1. Arsen Ağcabəyov, 80. Kamran Quliyev, 83-pen.
Hakimlər: Rövşən Rəcəbli, Kərim Zeynalov, Ruslan Quliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Neftçi” futbol mərkəzi (4-cü meydança), 16:00