Avropa çempionatı: Azərbaycan millisi Xorvatiyaya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Xorvatiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Velika Qoritsa şəhərindəki şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Azərbaycan millisi Avropa çempionatının A qrupunda Avstriya, Norveç, Finlandiya, Xorvatiya və Estoniya ilə mübarizə aparacaq.

Avropa çempionatı

2 sentyabr

Xorvatiya U-21 – Azərbaycan U-21 2:0
Qol: L.Suçiç, 10. R.Şimiç, 25.
Baş hakim: Denis Şurman (Ukrayna)

Xorvatiya: 12. İvor Pandur, 3. David Kolina, 4. Bosko Sutalo, 5. Yosip Sutalo, 6. Bartol Franyiç (k), 7. Antonio Marin, 10. Luka Suçiç, 13. Kresimir Krizmaniç, 14. Lukas Kaçavenda, 18. Stipe Biuk, 22. Roko Şimiç.
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 8. Yuriça Prşir, 9. Marin Lyubiçiç, 11. Yosip Mitroviç, 16. Adrian Liber, 17. İvan Dolçek, 19. Qabriel Vidoviç, 20. Denis Buşnya, 21. Nikola Soldo.
Baş məşqçi: İqor Bişçn.

Azərbaycan: 22. Nicat Mehbalıyev, 4. Mert Çelik, 5. Rauf Hüseynli, 8. Səbuhi Abdullazadə, 9. Musa Qurbanlı, 11. Şakir Seyidov, 13. Cəlal Hüseynov, 16. Fərid Yusifli, 17. Rüfət Abdullazadə, 21. İsmayıl Zülfüqarlı, 23. Asim Əlizadə.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Elçin Mustafayev, 3. Arsen Ağcabəyov, 6. Ədilxan Qarəhmədov, 7. Turan Vəlizadə, 14. Vüsal Əsgərov, 15. Camal Cəfərov, 19. Kamran Güliyev, 20. Bəşir Aylarov Bəşir.
Baş məşqçi: Milan Obradoviç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button