Azərbaycan millisi xorvatlara böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Xorvatiyadan olan həmyaşıdlarıyla qarşılaşıb. Sumqayıt şəhər stadionunda keçirilən oyunda xorvatlar böyük hesabla qalib gəliblər.

Azərbaycan yığması seçmə mərhələdə A qrupunda Norveç, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya ilə mübarizə aparır. Milli hazırda 1 xalla 5-cidir.

Qrupun digər matçlarında Norveç Estoniyanı 3:0, Finlandiya isə Avstriyanı 3:1 hesabıyla məğlub edib.

AÇ-2023, seçmə mərhələ

12 oktyabr

A qrupu

Azərbaycan U-21 – Xorvatiya U-21 1:5
Qol: M.Qurbanlı, 55-pen – R.Şimiç, 9; 13; 44-pen. N.Soldo, 25. D.Çolina, 81.
Qırmızı vərəqə: T.Vəlizadə, 70.
Baş hakim: Andrey Berka (Çexiya).

Azərbaycan: 22. Nicat Mehbalıyev, 2. Samet Karakoç, 3. Arsen Ağcabəyov, 4. Cəlal Hüseynov, 6. İldar Ələkbərov, 7. Turan Vəlizadə, 8. Səbuhi Abdullazadə, 17. Rüfət Abdullazadə (k), 18. Mustafa Yıldırım, 19. İsmayıl Zülfüqarlı, 20. Abdulla Rzayev.
Ehtiyat oyunçular: 1. Rüstəm Samiquliln, 5. Rauf Hüseynli, 9. Musa Qurbanlı, 10. Asim Əlizadə, 11. Camal Cəfərov, 13. Ramin Əhmədov, 14. Vüsal Əsgərov, 15. Nihad Quliyev, 16. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Milan Obradoviç.
Xorvatiya: 12. İvor Pandur, 3. David Çolina, 4. Boşko Şutalo (k), 5. Yosip Şutalo, 7. Antonio Marin, 8. Yuriça Prşir, 11. Lukas Kaçavenda, 15. Ante Palaversa, 16. Martin Baturina, 21. Nikola Soldo, 22. Roko Şimiç.
Ehtiyat oyunçular: 1. Dominik Kotarski, 6. Hrvoye Smolçiç, 9. Marin Lyubiçiç, 13. Kreşimir Krizmaniç, 14. Mario Vuşkoviç, 17. Yakov-Anton Vasili, 18. Stipe Biuk, 19. Marko Bulat, 20. Qabriel Vidoviç.
Baş məşqçi: İqor Bişçan.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button