Azərbaycan millisinin oyunu yunanlara tapşırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Vasilis Fotias olacaq. Ona yan xətt hakimləri Xrisula Kurobiliya və Andreas Mentanas kömək edəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.

Noyabrın 16-da 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Norveç oyunu saat 20:00-da başlayacaq.