“2022-ci ildə 382 məsələ haqqında araşdırma aparılıb” – Hüseynli

“AMADA tərəfindən 2022-ci ildə ümumilikdə 1456 test götürülüb”.

Komanda.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunlardan 770-i yarış müddətində, 686-ı isə yarışdan kənarda baş tutub:

“2022-ci ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edilib. Boks idman növündə iki, ağırlıqqaldırmada iki, güləş, karate və kikboksinqin hərəsində bir sanksiya qərarı qəbul edilib”.

Agentlik rəhbəri bildirib ki, AMADA-nın təhqiqat şöbəsi 2022-ci ildə 382 məsələ haqqında araşdırma aparıb:

“Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə, 43-ü məkan məlumatı xətası üzrə təhqiqatdır. O cümlədən, bu təhqiqatların 272-si dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşaetmə məlumatları, 23-ü hədəfli testlər əsasında olub”.

Hüseynli il ərzində ümumilikdə 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirildiyini xatırladıb:

“Bölgələrdə də belə tədbirlər gerçəkləşib. Burada 1300-dən artıq idmançı, məşqçi, həkim və idman müəllimləri iştirak edib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button