2022-ci ildə ən çox qol vuran futbolçular

2022-ci ilin ilk dörd ayı ərzində yüksək liqalarda ən çox qol vurmuş futbolçuların adları açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe və “Bayern”in forvardı Robert Levandovski başçılıq edir.

Hər iki futbolçu indiyədək çıxış etdikləri çempionatlarda 15 dəfə fərqləniblər. İtaliya “Latsio”sundan Çiro İmmobile, Macarıstan “Paksi”sindən Martin Adam və Qananın “Asante Kotoko” klubunda çıxış edən kamerunlu Frank Etuqa hərəyə 14 qola imza atıblar.

Siyahıdakı 26 futbolçudan 4-ü 13, 6-sı 12, 11 isə 11 qolla yadda qalıb.

Azərbaycan Premyer Liqasında 2022-ci ildə ən çox qolu “Qarabağ”dan Kadi Borges vurub. 26 yaşlı yarımmüdafiəçi 7 dəfə topu rəqib qapılarından keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button