2020-ci ilin ən yaxşısı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur baş tutub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı komandası “Qarabağ”dı.

Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun yetirmələri hamıdan çox – 4 qələbə qazanıb.

Son çempion kimi, “Neftçi” də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadı – 11 top. “Səbail” 3-cü, “Sabah” 4-cü göstəriciyə malikdi.

İlin uğursuzu isə “Sumqayıt”dı.

1.Qarabağ642010-014
2.Neftçi633011-312
3.Səbail62226-68
4.Sabah62225-98
5.Keşlə62139-97
6.Qəbələ620411-116
7.Zirə62047-156
8.Sumqayıt61236-125
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button