“Sumqayıt” kapitanıyla müqaviləni yenilədi – rəsmi

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu Mehdi Cənnətov və Elvin Bədəlovun ardınca kapitan Vurğun Hüseynovla da müqaviləni yeniləyib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, Vurğun növbəti mövsümdə də “kimyaçılar”ın uğurları üçün çalışacaq.

2013/14 mövsümündən etibarən “Sumqayıt”da çıxış edən Vurğun Hüseynov komandanın tarixində ən çox oyun keçirən futbolçudur. 164 matçda forma geyinən kapitan 1 dəfə qol vurmağa da nail olub

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button