Levandovskinin uzaqgörənliyi

“Bayern”in sabiq hücumçusu, hazırda “Barselona”da çıxış edən Robert Levandovski iki il əvvəl Münhen komandasında “xəbərdarlıq işarələri” gördüyünü deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, iki il əvvəl keçmiş komandasının yenilənməyə ehtiyacı olduğunu hiss etdiyini bildirib:

“Deyə bilərəm ki, iki il əvvəl bu komandanın yenilənməsinə ehtiyac olduğunu hiss etdim. Dəyişikliklər lazım idi. “Onurğa sütunu” çox uzun müddətdir ki, mövcuddur. Bəlkə də, indi komandaya yeni impulslar vermək lazımdır. Bununla belə, eyni zehniyyəti saxlamaq asan olmayacaq”.

Polşalı forvard 2022-ci ilin yayında Münhen klubunu tərk edərək “Barselona”ya keçmişdi.

“Bayern” bu mövsüm son 11 ildə ilk dəfə Bundesliqanı qazana bilməyib. Belə ki, komanda çempionluq mübarizəsində “Bayer”ə məğlub olub. Münhen komandası bu gün Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button