2 futbolçu “Sumqayıt”la vidalaşdı

“Sumqayıt” klubu daha iki futbolçu ilə vidalaşıb.

Komanda.az kluba istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi bu dəfə də yerli futbolçularla yollarını ayırıb.

Bunlar yarımmüdafiəçilər Rüfət Abdullazadə və Süleyman Əhmədovdur. Əhmədov sosial şəbəkə vasitəsilə də klubla vidalaşıb.

Bundan əvvəl “Sumqayıt”ın qapıçısı Aydın Bayramov “Turan Tovuz”la anlaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button