“Golden Boy” mükafatına namizədlərin adları açıqlandı

2022-ci il “Golden Boy” mükafatına namizədlərin siyahısı məlum olub.

Komanda.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşri Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu mükafatı uğrunda mübarizə aparan 100 futbolçunun siyahısını təqdim edib.

Namizədlər arasında Dortmund “Borussiya”sının yarımmüdafiəçiləri Cud Bellingem və Kari Adeyemi, “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa, “Barselona”nın futbolçuları Pedri, Ansu Fati və Qavi, “Bayern”in yeni futbolçusu Rayan Qravenberq, Kiyev “Dinamo”sunun müdafiəçisi İlya Zabarnı və başqaları var.

“Tuttosport”un mükafatının hazırkı qalibi “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Pedridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button