Konfrans Liqası: “Qarabağ”ın 2-ci olduğu göstərici

UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün statistik göstəriciləri açıqlanıb.

Komanda.az xəbər verir ki, “Qarabağ” turnir ərzində topa ən çox sahib olan klubların siyahısında yer alıb.

“Köhlən atlar” 59 faizlə ikinci sırada qərarlaşıb. “Qarabağ” bu göstəricidə 59,9 faizə malik Niderlandın “Alkmaar” komandasından geri qalır.

Ağdam komandası dəqiq ötürmələrə görə ilk 5-likdə yer alıb. “Qarabağ” əsas mərhələdə keçirdiyi 8 qarşılaşmada 83,9 faiz dəqiqliklə oynayıb.

Bundan başqa, “Qarabağ” ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir. Turnirin qalibi olan “Roma” 75, digər finalçı “Feyenoord” isə “Qarabağ”la birlikdə 66 dəfə topu oyuna künc nöqtəsindən daxil edib.

“Roma” həlledici matçda “Feyenoord”u 1:0 hesabı ilə məğlub edib.

“Qarabağ” pley-off mərhələsinin hər iki görüşündə Fransa “Marsel”inə uduzmuşdu – 1:3, 0:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button