“Yuventus” Dibalaya əvəzləyici tapıb

“Yuventus” “Atalanta”nın hücumçusu Luis Muriellə maraqlanır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi 31 yaşlı kolumbiyalını bu mövsümün sonunda klubu azad agent olaraq tərk edəcək hücumçu Paulo Dibalanın əvəzedicisi kimi görür.

Murielin transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir, lakin Turin klubu hücumçunu daha ucuz əldə etmək niyyətindədir. Çünki onun Berqamo klubu ilə müqaviləsi bir ildən sonra başa çatır.

Muriel cari mövsümdə 39 matçda 14 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button