“Ayaks”ın yeni baş məşqçisi o olacaq

Niderlandın “Ayaks” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az “Sky Germany” nəşrinə istinadən xəbər verir ki, “Ayaks”ın baş məşqçisi Alfred Sxreder olacaq. O, hazırda Belçikanın “Brügge” komandasının “sükanı arxasındadır”.

50 yaşlı mütəxəssis “Ayaks”da mövsümün sonunda İngiltərə “Mançester Yunayted”inə keçəcək Erik ten Haqı əvəzləyəcək.

Sxreder yanvar ayından “Brügge”nin baş məşqçisi postundadır.