“100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə…” – Bəhlul Mustafazadə

Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, mətbuat konfransında əvvəlcə sabahkı görüş barədə fikirlərini bölüşüb: “Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı 2 matçda həm yaxşı oyun sərgiləməyə, həm də qələbə qazanmağa çalışacağıq”.

Bəhlul millidəki ab-havanın yüksək səviyyədə olduğunu bildirib: “Hər şey qaydasında gedir. Plana uyğun çalışamalarımızı davam etdiririk”.

Mustafazadə bildirib ki, son zamanlar sıx qrafikdə oynamaları “Qarabağ”ın futbolçularının millidəki çıxışına təsir etməyəcək: “Bu, milli komandadır. Nə olur, olsun, çətinliyə, yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat çalışırlar. O cümlədən də biz”.

“Qarabağ”ın üzvü “Bayer”lə matçın sonunda qaçırdığı qol epizodunun ona psixoloji cəhətdən mənfi təsir etmədiyini söyləyib: “Hər şey qaydasındadır. “Bayer”ə qarşı iki gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu beş metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button