1 saata bütün biletlər satıldı – “Qarabağ”ın oyununa

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.

Komanda.az xəbər verir ki, satışa çıxarıldıqdan cəmi bir saat sonra kassada bilet qalmayıb. Bu isə o deməkdir ki, 11 700 tamaşaçı tutumuna malik olan Plzen Şəhər Stadionunda (“Dusan Arena”) boş yer olmayacaq.

Ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Avqustun 23-də oynanılacaq qarşılaşma saat 23:00-da başlayacaq. İlk matç qolsuz heç-heçə ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button