1-ci divizionda bütün oyunların vaxtı dəyişdirildi

Azərbaycan birinci divizionunda son turun oyunlarının başlanma saatı dəyişilib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi, saat 16:00-da deyil, saat 15:30-da başlayacaq.

Yeri gəlmişkən, 1-ci divizionda mükafatlandırma mərasiminin keçiriləcəyi tarix və stadion da müəyyənləşib. Peşəkar Futbol Liqasından verilən digər məlumata görə, 1-ci divizionun rəsmi “Youtube” kanalında canlı yayımlanacaq tədbir 17 may, saat 19:30-da “ASK Arena”da baş tutacaq.