1/16 finalın bütün iştirakçıları bəlli oldu – Avroliqada

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, növbəti mərhələdə mübarizə aparmaq hüququ qazanan kollektivlərdən 12-si qrup qalibi, 12-si ikinci yeri tutan kollektivlərdir. Daha 8 komanda isə UEFA Çempionlar Liqasının qrup mərhələsində 3-cü yeri tutanlardır.

1/16 finalda eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Səpələnmişlər
Ayaks (Niderland)
Brügge (Belçika)
Mançester Yunayted (İngiltərə)
Şaxtyor (Donetsk, Ukrayna)
Roma (İtaliya)
Arsenal (İngiltərə)
Bayer (Almaniya)
Reyncers (Şotlandiya)
PSV (Niderland)
Napoli (İtaliya)
Lester (İngiltərə)
Milan (İtaliya)
Vilyarreal (İspaniya)
Tottenhem (İngiltərə)
Dinamo (Zaqreb, Xorvatiya)
Hoffenhaym (Almaniya)

Səpələnməmişlər
Dinamo (Kiyev, Ukrayna)
Krasnodar (Rusiya)
Olimpiakos (Yunanıstan)
Zaltsburq (Avstriya)
Yanq Boyz (İsveçrə)
Molde (Norveç)
Slaviya (Çexiya)
Benfika (Portuqaliya)
Qranada (İspaniya)
Real Sosyedad (İspaniya)
Braqa (Portuqaliya)
Lill (Fransa)
Makkabi (Təl-Əviv, İsrail)
Antverpen (Beçlika)
Volfsberger (Avstriya)
Srvena Zvezda (Serbiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button