Əzizovsuz darmadağın

Futbol üzrə Hollandiya ikinci liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” hazırda 35 xalla 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button