Əvvəlcə Qurbanov, sonra Pert

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Dandalk” (İrlandiya) qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfranslarının vaxtı bəlli olub.

Komanda.az xəbər verir ki, iyulun 30-da, “Azərsun Arena”nın mətbuat zalında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:30-da Suraxanıda yerləşən klubun bazasında keçiriləcək. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Dandalk”ın baş məşqçisi Vinni Pert isə saat 19:30-da “Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İrlandiya təmsilçisinin son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda olacaq.

“Qarabağ” – “Dandalk” matçı iyulun 31-də, saat 21:00-da keçiriləcək. “Köhlən atlar” “Dandalk”la ilk oyununda qollu bərabərə qalıb – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button