Əvvəlcə Baxşıyev, sonra Boris

İyulun 28-də Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Macarıstanın “Fehervar” klubunu qəbul edəcək.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Fehervar” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 27-də arenanın media zalında təşkil olunacaq.

İlk olaraq saat 18:30-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:30-da isə “Fehervar”ın baş məşqçisi Mixael Boris media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 19:00-da, qonaqlar isə 20:00-da məşqə çıxacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button