Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

İyulun 25-də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını qəbul edəcək.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Dinamo” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – iyulun 24-də saat 18:30-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Dinamo”nun baş məşqçisi çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin məşqçisi Sənan Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 19:00-da məşqə çıxacaq.

“Qəbələ” – “Dinamo” matçı iyulun 25-də, saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button