Əsgərovlu “Dauqavpils” yenə məğlub oldu

Futbol üzrə Latviya çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Yelqava” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.

İki turdan sonra xalsız olan “Dauqavpils” 10 kollektiv arasında 9-cudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button