“Ərəblərin məni transfer etmək istəməsi normaldır” – Mendi

“Çelsi”dən ayrılan qapıçı Eduard Mendi “Əl-Əhli” klubuna keçidini şərh edib.

Komanda.az “Onze Mondial”-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı klubunun iddialı olduğunu söyləyib:

“Bu klubun çox iddialı olduğunu bilirəm. Elə mən də iddialı insanam. Ərəblərin məni transfer etmək istəməsi normaldır. Səudiyyə Ərəbistanı çempionatı getdikcə yaxşılaşır. Biz böyük futbolçuların bu ölkəyə gəldiklərini görürük. Əminəm ki, onların sayı artacaq”.

31 yaşlı qolkiper yeni klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Ərəblər bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyiblər.

Mendi “zadəganlar”ın heyətində Çempionlar Liqasının, UEFA superkubokunun, Klublararası dünya çempionatının qalibi olub. O, London klubunun heyətində 105 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button