Ərəblərdən Alleqriyə inanılmaz təklif!

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Səudiyyə Ərəbistanından 70 milyon avroluq təklif alıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisə hər mövsümdə 20 milyon avro qarşılığında “Əl-Hilal”a başçılıq etmək təklif olunur. Həmçinin, ona 10 milyon avro imza bonusu da verilir.

“La Gazzetta dello Sport” təklif olunan müqavilənin müddətinin 3 il olduğunu qeyd edib.

Turin klubunda illik 7 milyon avro və bonuslar alan 55 yaşlı çalışdırıcı bu təklifi nəzərdən keçirir. O, hələlik qəti cavab verməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button