“Avropanın bir neçə klubu onu transfer etməkdə maraqlıdır” – “Yuventus” rəsmisi

İtaliyanın “Yuventus” klubunun idman direktoru Fabio Paratisi komandadan ayrılacağı deyilən Mattia de Şilyo və Əmrə Canla bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, sözügedən futbolçuların taleyi ilə bağlı bunları deyib:

“Transfer bazarında bir çox imkan var, klublar bir-birləri ilə əlaqələr yaradırlar. De Şilyonun Layvin Kurzava ilə dəyişdiriləcəyi ilə bağlı xəbərlər sadəcə fərziyyədir. Yaxın günlərdə bu ehtimalın nə qədər doğru olub-olmadığını görəcəyik.

Əmrə isə bizim üçün vacib futbolçudur. O, komandada qalsa, sevinəcəyik. Amma “Yuventus” hər iki tərəfə uyğun bir həll yolu tapsa, Əmrə komandadan ayrılacaq. Avropanın bir neçə klubu onu transfer etməkdə maraqlıdır. O, qitənin ən yaxşı yarımmüdafiəçilərindən biridir. Əmrənin qalacağına ümid edirik, amma komandadan ayrılsa, əvəzedicisini axtarmayacağıq”.

Əmrə Can üçün “Borussiya”nın (Dormund) hərəkətə keçəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button