“Hörmət edirik, amma qorxmuruq”

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Ayaks”ı qəbul edəcək “Yuventus”un yarımmüdafiəçisi Əmrə Can açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, səfərdə 1:1 hesablı bərabərliyə razılaşdıqları komandanı öz meydanlarında məğlub etməyə çalışacaqlarını deyib:

“Çətin oyun olacağını bilirik. “Ayaks”a hörmət edirik, amma onlardan qorxmuruq. Yarımfinala vəsiqə qazanmaq üçün 0:0 hesablı bərabərlik kifayət etsə də, meydana qələbə qazanmaq üçün çıxacağıq. Komandamızın nələri bacara biləcəyinin fərqindəyik”.

Almaniyalı futbolçu, baş məşqçisi Massimiliano Alleqri haqqında da danışıb:

“Alleqri möhtəşəm məşqçidir. Detallar üzərində işləməyi sevir. A Seriyasını illərdir qazansa da, hər oyun onun üçün çox vacibdir. Heç vaxt qazandıqları ilə kifayətlənmir”.

“Yuventus” – “Ayaks” matçı bu gün, saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button