Əliyevin komandası Moskva “Dinamo”suna qalib gəldi

Futbol üzrə Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

27 turdan sonra 41 xalı olan “Ximki” 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button