Əliyev “Rubin”ə qarşı 4 dəqiqə oynayıb, 3 xala sevindi

Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rubin”lə qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Kamran da bu matçın iştirakçısı olub. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə 86-cı dəqiqədə meydana buraxılıb və fərqlənə bilməyib.

14 turdan sonra 12 xalı olan “Ximki” 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button