Əliyar Ağayevin oyununda 2 qol, 5 “sarı” – VİDEO

Futbol üzrə Polşa yığması AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Latviya ilə ev oyununda 2:0 hesablı qələbəyə sevinib.

Komanda.az xəbər verir ki, G qrupu çərçivəsində keçirilən bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib. Ona bu oyunda yan xətt hakimləri Rza Məmmədovla Namiq Hüseynov yardımçı olub. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Əliyar bu görüşdə beş futbolçuya sarı vərəqə göstərib. “Sarı”lardan ikisi polşalı, üçü isə latviyalı futbolçuya “qismət olub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button