Ələskərovlu “Bursaspor”dan inamlı qələbə

Futbol üzrə Türkiyə 1-ci liqasında 35-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Manisaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Bu gün digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin komandası “Keçiörengücü” də səfərdə “Bandırmaspor”u 2 cavabsız qolla üstələyib. Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

“Bursaspor” 35 turdan sonra 38 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. “Keçiörengücü” isə 44 xalla 11-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button