Ələskərov həm qol vurdu, həm də penaltini qaçırdı

Futbol üzrə Türkiyə 1-ci liqasında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 30-cu dəqiqədə məhz Ələskərov vurub. Azərbaycanlı futbolçu 55-ci dəqiqədə daha bir qol vurmaq şansı qazansa da, penaltidən yararlana bilməyib.

“Bursaspor” 34 turdan sonra 35 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button