UEFA Bakıya gələcək milli komandalar üçün stadionların və otellərin siyahısını açıqladı

UEFA AÇ-2020-nin keçiriləcəyi şəhərlərdəki iştirakçı milli komandalar üçün təlim-məşq bazaları və otellərin onlayn-kataloqunu təqdim edib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, kataloqda, Avropa çempionatının bir neçə oyununu qəbul edəcək Bakıya aid bölmədə 3 stadion və 3 otel yer alıb. 8-ci km stadionunu seçəcək milli komandaya “Fairmont Baku Flame Towers Hotel” məsləhət görülüb. “Dalğa Arena” üçün “Bilgah Beach Hotel”, Tofiq Bəhramov adına Respublika stadionu üçün isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

AÇ-2020-nin oyunları ilk dəfə 12 müxtəlif ölkədə və 24 komandanın iştirakı ilə keçiriləcək. Avropa çempionatı Bakı ilə yanaşı, London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

AÇ-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.