Eddi İsrafilovun yeni klubu rəsmən açıqlandı

Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” klubundan ayrıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən Sequndanın digər təmsilçisi “Albasete” klubunda çıxış edəcək. Bu barədə “Albasete”nin rəsmi saytı məlumat yayıb. İsrafilovla 4 illik müqavilə imzalanıb. 

“Mursiya”nın yetirməsi olan Eddi, müəyyən vaxtlarda “Kadis”, “Eybar”, “Qranada”, “Kordoba” kimi klublarda forma geyinib. O, 10 dəfə də Azərbaycan millisinin uğurları üçün çalışıb.