Əvvəl Pedro Martins, sonra Samir Abasov

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbodjun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir iyulun 20-də Bakı vaxtı ilə saat 22:30-dan etibarən Georgios Karaiskakis stadionunun mətbuat zalında keçiriləcək.

Konfransdan sonra, saat 23:00-da isə “Neftçi”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Georgios Karaiskakis stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.