Əsgərovun komandası səfərdən 1 xalla döndü

Futbol üzrə Latviya çempionatında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüqar da bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Super Nova” 13 turdan sonra 4 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.