Əsgərovla Bayramlı oynadı, “Dauqavpils”…

Futbol üzrə Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar. Əsgərov sonadək oynadığı halda, Bayramlı 43-cü dəqiqədə əvəzlənib. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Bu mövsüm vurduğu 5 qolla Latviya çempionatının bombardiri olan Əsgərov bu dəfə də fərqlənə bilməyib.

“Dauqavpils” hazırda 13 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button