Əliyev oynamadı, “Ufa” səfərdən xalsız döndü

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə “Rotor”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 18 oyuna topladığı 13 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.